Türkiyənin Denizli vilayətində arı sancması bir nəfərin ölümünə səbəb olub.
Hadisə Pamukkale rayonunun Karataş məhəlləsində baş verib. Məlumata görə 55 yaşlı Hüseyn Karataşı arı sancıb və o, qəfil huşunu itirib.
Yaxınlarının çağırışı ilə hadisə yerinə təcili yardım gəlib və Karataş xəstəxanaya aparılıb.
Onun arı allergiyası olduğu və bu səbəbdən anafilaktik şoka düşdüyü bildirilib.
Üç gün reanimasiyada qalan Hüseyn Karataş həyatını itirib. O, Bağbaşı qəbiristanlığında torpağa tapşırılıb.
Milli.Az