İqtisadiyyat

Tanınmış şokolad firması müflis oldu - İşçilər aylardır maaş ala bilmir

2 İyul 2025 10:05
Baxış: 1 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin tanınmış şokolad firması iflasın astanasındadır.

Milli.Az xəbər verir ki, Türkiyənin tanınmış şokolad istehsalçılarından "Modern Çikolata" maddi çətinliklər səbəbilə iflas olmaq üzərədir.

Şirkət bir neçə ay əvvəl işçilərin maaşlarını ödəyə bilmədiyini açıqlamışdı. İşçilər may ayında şirkətin iflası üçün məhkəməyə müraciət ediblər.

Karaman 1-ci Asliye Məhkəməsi işə baxaraq şirkətə üç ay müddətində müvəqqəti möhlət verib və prosesi izləmək üçün üç nəfərlik nəzarət heyəti təyin edib.

Modern Çikolata ilə bağlı növbəti məhkəmə 26 sentyabr 2025-ci ildə keçiriləcək.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.