Türkiyə

53 nəfəri ölməsinə səbəb olan Reyhanlı terrorçusu SAXLANILDI - FOTO

27 Fevral 2025 14:33
Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT), Reyhanlıda 53 nəfərin həlak olmasına səbəb olan terror aktını törədənlərdən biri olan Temir Dükancını ələ keçirib.

Milli.Az xəbər verir ki, MİT-in sərhədyanı əməliyyatı nəticəsində Temir Dükancı tutulub və Türkiyəyə gətirilib.

Saxlanılan şəxs terror hadisəsi günü bombanı avtomobilə özü yerleşdirdiyini etiraf edib.

Dükancı "dövlətin birliyini, ərazi bütövlüyünü pozmaq" və "qəsdən adam öldürmə" ittihamları ilə həbs edilib. O, narıncı kateqoriyada axtarışda olan ən təhlükəli terrorçulardan biri hesab olunurdu.

Xatırladaq ki, 2013-cü ildə Türkiyənin Hatay şəhərinin Reyhanlı rayonunda 53 nəfərin həlak olmasına səbəb olan böyük terror aktı törədilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.