Türkiyə

FETÖ-nün dönər şəbəkəsi ifşa olundu - Bakıda da filialları var - FOTOlar

22 Fevral 2025 10:47
Baxış: 3 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə "Maydonoz Döner" restoranlar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki,  "Kıskaç-40" adlı əməliyyat çərçivəsində 31 vilayətdə aparılan əməliyyatlarda 10-u dövlət qulluqçusu olmaqla ümumilikdə 353 şübhəli saxlanılıb.

Aparılan araşdırmalara görə, "Maydonoz Döner" adlı dönər zəncirinin franchise (ad hüququ) sistemi vasitəsilə FETÖ-ya maliyyə dəstəyi göstərdiyi məlum olub.

Franchise sistemi vasitəsilə qeyri-rəsmi ortaqlıqlar qurulub və təşkilatla əlaqəsi olan şəxslərə ödəniş müqabilində imkanlar təqdim olunub.
Tərəfdaşlıqlar yalnız təşkilati etimada əsaslanaraq, heç bir rəsmi sənəd olmadan həyata keçirilib.
Filiallar FETÖ-ya bağlı şəxsləri işlə təmin etmək və onlardan ianələr toplamaq üçün istifadə edilib.
Təşkilata bağlı biznesmenlər vasitəsilə əldə olunan gəlir qeyri-rəsmi yollarla ötürülüb.Xaricdə yeni dilerliklər yaradılaraq, beynəlxalq maliyyə axınlarına şərait yaradılıb.

FETÖ və digər terror təşkilatlarının maliyyə mənbələrinə qarşı mübarizənin qətiyyətlə davam etdirilir.

Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Bakının Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.

Bakıda Həsən Əliyev küçəsində yerləşən "Maydonoz Döner" restoranının fotosu

Zahid Xəlilov 23 ünvanında yerləşən "Maydonoz Döner" restoranının fotosu

Hazırda Bakıda fəaliyyət göstərən "Maydonoz Döner" restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.