Ərdoğan: “Şara ilə hər mövzuda həmfikirik”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara ilə ikitərəfli görüşdən və heyətlərarası işçi naharından sonra keçirilən birgə mətbuat konfransında çıxış edib. O, "Suriya xalqının nələrə qadir olduğunu gələcəkdə qürurla görəcəyik" deyə qeyd edib.
Ərdoğan, Suriya Prezidenti Şaranı Ankarada qəbul etməkdən böyük məmnuniyyət duyduğunu ifadə edərək belə deyib:
"Suriya xalqı 13,5 il ərzində hər cür zülmə məruz qaldı. Kimyəvi silah istifadəsi daxil olmaqla, hər cür qeyri-insani qətliamlarla üzləşdi. Təəssüf ki, təxminən 1 milyon suriyalı qardaşımız keçmiş rejimin və terror təşkilatlarının hücumları nəticəsində şəhid oldu. Milyonlarla qardaşımız isə evlərini, yurdlarını, doğulduqları torpaqları tərk etmək məcburiyyətində qaldı. Amma bütün bunlara baxmayaraq, Suriyanın igid övladları zalım rejimə və onun dəstəkçilərinə qarşı mübarizədən heç vaxt vaz keçmədilər. Nəhayət, 8 dekabr etibarilə qələbə Suriya xalqının oldu. Əvvəlcə əziz qardaşım Əhməd Şaranı və onun timsalında bütün Suriya xalqını mübarizələri və qələbələrindən dolayı bir daha təbrik edirəm. Bu fürsətlə Suriyanın azadlıq mübarizəsində şəhid olan bütün qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm."
"Bu səfəri daimi dostluq dövrünün başlanğıcı kimi görürəm"
Ərdoğan, 13 illik qan və göz yaşından sonra yalnız Suriyada deyil, bütün bölgədə yeni bir səhifənin açıldığını bildirərək belə deyib:
"Suriya xalqı artıq öz gələcəyini müəyyən etmək üçün zəruri iradəyə sahibdir. Türkiyə olaraq necə ki, ən ümidsiz və çətin günlərində suriyalı qardaşlarımızı tək qoymadıq, yeni dövrdə də onlara lazım olan dəstəyi verəcəyik. Bunu dəyərli qardaşıma və heyətinə də çox açıq şəkildə ifadə etdim. Bu gün tarixi əhəmiyyət daşıyan səfəri ölkələrimiz arasında daimi dostluq və əməkdaşlıq dövrünün başlanğıcı kimi görürəm. Münasibətlərimizi yenidən strateji səviyyəyə qaldırmaq üçün bütün qurum və təşkilatlarımız son iki aydır gərgin fəaliyyət göstərir. Məlum olduğu kimi, yeni hökumətin xarici işlər nazirini də 15 yanvarda qəbul etmişdim. Qarşıdakı dövrdə qarşılıqlı səfər və təmaslarımızın, inşallah, daha da intensivləşəcəyinə inanıram."
"Hər mövzuda tam bir fikir birliyində olduğumuzu gördüm"
Ərdoğan, Suriya ilə bağlı siyasətlərinin əsasının bu ölkənin ərazi bütövlüyünün və birliyinin qorunması olduğunu vurğulayaraq, Şara ilə apardıqları müzakirələrin də bu prinsip üzərində səmimi bir atmosferdə keçdiyini bildirib.
"Demək olar ki, hər mövzuda tam bir fikir birliyində olduğumuzu məmnuniyyətlə gördüm. Xüsusilə Suriyanın şimal-şərqini işğal altında saxlayan bölücü terror təşkilatı və tərəfdarlarına qarşı atılacaq addımları müzakirə etdik. İstər DEAŞ, istər PKK olsun, terrorun hər növü ilə mübarizədə Suriyaya lazım olan dəstəyi verməyə hazır olduğumuzu bildirdim. Suriyanın şimal-şərqindəki düşərgələrin nəzarəti mövzusunda da yanlarında olduğumuzu bir daha təsdiq etdik. Əhməd Şara qardaşımın terrorla mübarizə sahəsində ortaya qoyduğu güclü iradədən dolayı duyduğumuz məmnuniyyəti ifadə etmək istəyirəm. Ölkələrimizin və bölgəmizin salamatlığı baxımından birlikdə eyni hədəfə doğru güc birliyi etməkdən başqa yolumuz yoxdur. İnşallah, həmrəyliyimizi qoruyaraq terrorun olmadığı sülh və təhlükəsizlik mühitini ortaq coğrafiyamızda bərqərar edəcəyimizə inanıram."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
XƏBƏR LENTİ
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu





