Türkiyədə dəhşətli zəlzələdən sağ çıxan Şakiroğlu ÜRƏK SIZLATDI: "Operator qışqırdı ki..." - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən zəlzələlər nəticəsində ən çox zərər görən Hatayda minlərlə bina yerlə-bir olub, təxminən 25 min insan həyatını itirib.
Milli.Az bildirir ki, ölkəni sarsıdan və 11 vilayətdə böyük dağıntılara səbəb olan 6 fevral zəlzələsindən sağ çıxanlardan biri də Mehmet Ali Şakiroğludur.
O, zəlzələdən 260 saat sonra sağ çıxarılıb. Dağıntılar altında sidiyini içərək və tapdığı çiçəyi yeyərək həyatda qala bilib.
Mehmet Ali Şakiroğlu həmin anları belə xatırlayır:
"Mən ailəmlə birlikdə Qaziantepdə yaşayırdım. Oğlum Yusuf 6 fevral gecəsi xəstələndi. Bizi Hataydakı bir xəstəxanaya yönləndirdilər. Həmin gecə saat 22:30-da xəstəxanaya çatdıq. Səhərin açılmasını və həkimin gəlməsini gözləyirdik. Hava soyuq idi. Atamla birlikdə isti bir yer tapmaq üçün gəzərkən xəstəxananın bufetinə rast gəldik. Bufetdə başımı masaya qoydum və yatdım. Yuxulu vəziyyətdə başımı qaldırdığımda yerin titrədiyini və hər kəsin təşviş içində qaçdığını gördüm. Atam qarşımda otururdu, lakin o qarışıqlıqda onu itirdim. Xəstəxananın poliklinika hissəsinə tərəf qaçdım. Özümü şüşəyə vurub çıxmağa çalışdım, amma qapı açılmadı. Əllərimi başımın üzərinə qoyaraq qorunmağa çalışdım. Gözlərimi açanda hər tərəfin betonla örtüldüyünü gördüm. Gələn səsləri eşidirdim, lakin üzərimizdə çox beton olduğu üçün səsimizi eşitdirə bilmirdik.
Mən zəlzələnin 12-ci günü gecə dağıntılar altından çıxarıldım. Əllərimlə nəsə axtararkən canlı bir çiçək tapdım. Çiçək plastik də olsa, yeyəcəkdim. Çiçəkləri kiçik hissələrə bölüb yeyirdim, sidiyimlə qidalandım. Ağzım yuxarı vəziyyətdə yatırdım. Həyat uğrunda mübarizə apardım, ümidimi Allahdan kəsmədim. Daim buradan çıxmalıyam deyə düşünürdüm. İndi düşünəndə bu qədər acıya necə dözdüyümü bilmirəm.
Mən ayağımı tərpətdim, yuxarıdakı operator "burada ayaq var" - deyə qışqırdı. Həmin an dünya mənim oldu. Gecə çölə çıxdığımda ulduzları gördüm. Dağıntılar altından çıxanda bədənimdə heç bir cızıq yox idi. Ailəm 12 gün boyunca orada idi. Onlar artıq ümidini itirib evə getmək istəyəndə, məhz o zaman çıxarıldım". /Musavat.com
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
XƏBƏR LENTİ
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)





