Türkiyə

"Google" Türkiyədə cərimələndi: 75 milyonluq qərar

14 Dekabr 2024 11:20
Baxış: 1 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Rəqabət Şurası "Google" şirkətini ölkədə reklam bazarındakı qaydaları pozduğu üçün 75 milyon dollar məbləğində cərimələyib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, tənzimləyici qurum "Google"u reklam bazarındakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edib. Bildirilir ki, "Google" öz xidmətini istifadəçilərə təklif edərkən, SSP reklam platformalarının axtarış nəticələrini təhrif edərək rəqiblərinin işinə mane olub.

Rəqabət Şurasının qərarına əsasən, "Google" altı ay ərzində rəqiblərinin əlverişsiz vəziyyətdə olmamasını təmin etmək üçün tədbirlər görməlidir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.