Türkiyə

Bu, Fələstinin ədalətli mübarizəsinə güc qatacaq - Ərdoğan

24 Oktyabr 2024 09:36
Baxış: 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Qəzza zolağında və Livanda həyata keçirdiyi zorakılıq hərəkətləri qlobal təhlükəsizliyə ciddi təhdid yaradır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kazanda rusiyalı həmkarı Vladimir Putinlə BRİCS sammiti çərçivəsində keçirdiyi görüş zamanı səsləndirib.

"Prezident Ərdoğan Fələstində baş verən qırğınlara İsrailin yeni zorakılıq hərəkətlərini əlavə etdiyini vurğulayıb və bu hərəkətlərin artıq yalnız Yaxın Şərqi deyil, qlobal təhlükəsizliyi də təhdid etməyə başladığını qeyd edib. O, həmçinin bildirib ki, öz vətənlərində torpaqsız qalan fələstinlilər üçün BRİCS ölkələrinin İsrail təcavüzünə qarşı çıxışı Fələstinin ədalətli mübarizəsinə güc qatacaq", - deyə Türkiyə Prezident Administrasiyasının görüşdən sonra yaydığı açıqlamada bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.