Türkiyə

Türkiyədə tualetə atılan körpə kimə veriləcək?

17 Oktyabr 2024 19:27
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 yaşlı ananın Türkiyə hava limanının tualetinə atdığı qız Rusiyaya qaytarılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Dövlət Dumasının sədr müavini Anna Kuznetsova bildirib.

O qeyd edib ki, yeni doğulan uşaq Rusiya vətəndaşıdır. İndi hakimiyyət onun Türkiyədən gətirilməsi məsələsi ilə məşğuldur.

Vurğulanıb ki, hazırda Türkiyə təcridxanasında olan 18 yaşlı ana Rusiyaya ekstradisiya oluna bilər.

Xatırladaq ki, bəzi KİV-in yazdığına görə, qız yeni il tətilində hamilə qalıb, lakin artıq çəki səbəbindən hamiləliyini hiss etməyib. O, payızda anası ilə birlikdə Türkiyəyə tətilə gedib və hava limanında qayıdarkən mədəsində ağrı hiss edib və əlillər tualetinə qaçıb və orada qız uşağı dünyaya gətirib. İlkin məlumata görə, anası uşağı tualetə atmağı təklif edib.

Hava limanının əməkdaşları yeni doğulmuş uşağı xilas ediblər, polis isə qızı və anasını həbs edib. Onlar uşağı təhlükəli vəziyətdə qoymaqda ittiham olunur. Türkiyədə bu maddə ilə bir ilədək həbs cəzası nəzərdə tutulur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.