Türkiyə

Türkiyənin ən yaşlı insanı vəfat etdi

14 Oktyabr 2024 10:38
Baxış: 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ən yaşlı insanı vəfat edib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, Kırıkkale şəhərinin Delice rayonunda yaşayan, 6 uşaq anası Arzu Sınıroğlu 117 yaşında vəfat edib. O, 2020-ci ildə koronavirus infeksiyasına yoluxsa da virusa qalib gəlməyi bacarmışdı. Son illər səhhəti ilə bağlı bəzi problemlər yaşayan Arzunun evdə halı pisləşib və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, o müalicə aldığı xəstəxanada vəfat edib.

O, doğulduğu Kırıkalenin Elmalı kəndində dəfn olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.