Türkiyə

Türkiyədə küçə itləri ilə bağlı qanun layihəsi gündəmdən düşmür

26 İyul 2024 12:15
Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə bir neçə aydır sahibsiz küçə itləri ilə bağlı yeni qaydalar əsas müzakirə mövzularından biridir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Türkiyə Böyük Millət Məclisində (TBMM) küçə itləri ilə bağlı qanun layihəsi müzakirə edilir.

Sözügedən qanun layihəsi isə evsiz itlərin müəyyən şərtlər daxilində iynə vurularaq yatızdırılmasını nəzərdə tutur. Bildirilir ki, yeni qaydalar heyvan hüquqları müdafiəçilərinin tənqidlərinə səbəb olsa da, sahibsiz itlərlə mübarizə məqsədi daşıyır.

Layihəyə isə bunlar daxildir: İlk olaraq, bələdiyyələr sığınacaqlarda olan itlərin fotolarını çəkərək sahibləndirmə üçün internetdə yerləşdirəcək. 30 gün ərzində sahibləndirilməyən itlər iynə vurularaq yatızdırılacaq. Yatızdırılan itlərin yerinə isə sığınacaqlara yeni itlər yerləşdiriləcək və proses eyni qaydada davam etdiriləcək. Sahibləndirilən itlərə isə çip taxılacaq və onları sahiblənən şəxslərin öz məsuliyyətlərini yerinə yetirib-yetirmədiyinə ciddi şəkildə nəzarət olunacaq.

Yuxarıda qeyd etdiyimiz kimi, layihə ölkədə əhali arasında fikir ayrılığına səbəb olub. Belə ki, bir qrup şəxs itlərin yatızdırılmasına etiraz edir, digər bir qrup isə sahibsiz itlərin quduz xəstəliyinə yol açdığını, qoca və uşaqlara hücum etdiyini vurğulayıb. Ədliyyə naziri Yılmaz Tunç da, öz növbəsində, küçə itlərinin yollarda qəzalara səbəb olduğunu bildirib.

Onu da əlavə edək ki, hazırda müzakirələri davam edən qanun layihəsinin nə zaman qəbul ediləcəyinə dair konkret tarix bəlli deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.