Ermənistanın Livandakı səfiri Vaan Atabekyan vəzifəsindən geri çağırılıb.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Ermənistan Prezidenti Vaan Xaçatryan müvafiq sərəncamı Baş nazirin təqdimatı əsasında imzalayıb.
Vaan Atabekyan 2018-ci ilin noyabr ayından etibarən Ermənistanın Livandakı səfiri vəzifəsini icra edirdi.
Xatırladaq ki, Ermənistan və Livan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1994-cü ildən etibarən isə Beyrutda Ermənistanın səfirliyi fəaliyyət göstərir.
Milli.Az