Hadisə

Azərbaycanda yeniyetmə bacısının qayınatasını bıçaqladı

20 Avqust 2025 17:15
Baxış: 458
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü kənd sakini Kənan Abuzərli 1966-cı il təvəllüdlü həmkəndlisi Azər Babayevi bıçaqlayıb.

Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan A. Babayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, hazırda vəziyyəti qənaətbəxşdir.

İlkin məlumata əsasən, hadisə ailədaxili münaqişə zəminində baş verib. Qeyd olunur ki, yeniyetmənin bacısı xəsarət yetirilən şəxsin gəlinidir.

Hadisəni törətməkdə şübhəli bilinən K.Abuzərli polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.