Türkiyə

Türkiyə “Tayfun” alır? – Ərdoğan açıqladı

15 İyun 2024 20:53
Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurofighter" (Tayfun) qırıcılarının satın alınması məsələsini cənab Sançeslə müzakirə etdik. Bildiyiniz kimi, İspaniyanın təlim təyyarələri önəmlidir. Onların bizi bu təlim təyyarələri ilə təmin etmək şansı və ya imkanı var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Almaniya ilə təmas nöqtəsində bu məsələdə bizə köməklik göstərməsini ondan (Pedro Sançes) istədim. O da bu məsələdə Almaniya ilə danışıqlar apara biləcəyini bildirdi. Hazırda bizim üçün "Eurofighter" təyyarələri çox vacibdir. Almaniya da indi bu məsələdə yumşalıb. Aidiyyəti üzrə qurumlarımız qarşı tərəflərlə lazımi görüşlər keçirirlər. Türkiyənin əsas yanaşması açıqdır: Biz ehtiyaclarımızı ilk növbədə NATO müttəfiqlərindən qarşılamaq istəyirik. Lakin prosesin sonunda mənfi nəticə alınarsa, alternativ variantlarımız da var. "Kaan" qırıcılarımız artıq uçuşlar edir. Gələcəkdə, kütləvi istehsala başlanılması və inventara daxil edilməsi prosesi başa çatdıqdan sonra bununla bağlı heç bir problemimiz olmayacaq. Eyni oxşar prosesi PUA-larla bağlı da yaşamışdıq. Onda da müttəfiqlərimizdən bunları ala bilmədik. Sonra nə oldu? Türkiyə ən yüksək keyfiyyətlə PUA-lar istehsal etdi. İndi bir çox ölkə onları almaq üçün Türkiyənin qapısını döyür", - Ərdoğan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.