Türkiyə

İstanbulda tarixi köşkdə böyük soyğun: Milyonları necə oğurladılar? - FOTO

15 İyun 2024 15:00
Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərində, Sarıyer rayonunun Kireçburnu məhəlləsində yerləşən Memduh Paşa Köşkündə böyük oğurluq hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, köşkdəki tikinti şirkətində özəl mühafizəçi olaraq işləyən Ahmet Y. adlı şəxs 4 şəriki ilə birlikdə təxminən 130 milyon lirəlik (təxminən 7 milyon manat) xarici valyutanı oğurlayıb.

Hadisə ötən gecə 03.30-da baş verib. Əldə edilən məlumata görə, Ahmet adlı mühafizəçi plan qurub. O, gecə saatlarında siqnalizasiyanı dayandırdıqdan sonra maskalı və qara paltarlı 4 nəfəri içəri buraxıb. Oğrular yük maşınını köşkün yanında hazır vəziyyətdə saxlayıblar və sonra içəridəki 4 seyfin qapısını sındırıblar.

Daha sonra seyflərdən oğurladıqları təxminən 130 milyon lirə (təxminən 7 milyon manat) məbləğində xarici valyutanı 3 kisəyə dolduraraq yük maşınına yükləyiblər və dərhal oradan uzaqlaşaraq gözdən itiblər.

Səhər saatlarında köşkə gələn iş yerinin sahibi Ümit E. polisə məlumat verib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Memduh Paşa Köşkü 1900-cı illərdə Memduh paşanın göstərişi ilə italiyalı memar tərəfindən inşa olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.