Türkiyə

Türkiyədə iki uşağı sel apardı: Dəhşətli görüntülər - VİDEO

25 May 2024 10:47
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin paytaxtı Ankarada günorta saatlarında başlayan güclü yağış nəticəsində küçə və yollar su altında qalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şəhərin Yenimahalle rayonunda iki uşağı sel aparıb. Güclü axından çıxa bilməyən uşaqlar əvvəlcə hərəkətdə olan avtomobilin, daha sonra isə park edilmiş avtomobilin altında qalıblar.

Ətrafdakı insanların səyləri nəticəsində uşaqlar avtomobilin altından çıxarılıblar və onlara ilkin tibbi yardım göstərilib.

Əraziyə sağlamlıq qrupları göndərilib və xilas edilən uşaqlar xəstəxanaya yerləşdiriliblər.

Baş verən hadisənin anbaan görüntülərini təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.