Hadisə

Bakıda evdən 70 min manat və qızıl əşyalar oğurlayan şəxs saxlanıldı - VİDEO

18 Noyabr 2025 13:22
Baxış: 367
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək naməlum şəxsin mənzilindən içərisində 70 min nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfinin talandığını bildirib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub. Hadisə zamanı saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.