Türkiyə

"Kişi ilə qadın arasında 3-cü növ cinsin..." - Bağçalı Avroviziyanı tənqid etdi

14 May 2024 15:23
Baxış: 1 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Avroviziya mahnı müsabiqəsini sərt şəkildə tənqid edib.

Milli.Az haberler-ə istinadla bildirir ki, millət vəkili 68-ci Avroviziya müsabiqəsinin qalibi Nemo Mettleri geyiminə görə qınayıb.

"2024-cü ildə keçirilən "Eurovision" mahnı müsabiqəsi insanlığın necə bir təhdidlə üz-üzə qaldığının göstəricisidir. Sənətdən çox siyasi məzmunlu müsabiqədə əxlaqın çöküşü, kişi ilə qadın arasında 3-cü növ cinsin tədavülə çıxması ilə marjinallığın dozu artırılıb. Avroviziyada birinci olan şəxsin mini ətək, çəhrayı kürk geyinməsi utancvericidir. Bunun adı müasirlikdirsə, batsın belə anlayış", - o, söyləyib.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.