Türkiyə

Türkiyənin növbəti prezidenti İmamoğlu ola bilər?

1 Aprel 2024 09:32
Baxış: 2 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seçki nəticələrinə görə, CHP bələdiyyələr uğrunda mübarizənin qalibidir, xüsusilə İstanbul və Ankaranı yenidən əllərində saxlamaq ötən il prezident və parlament seçkilərindəki məğlubiyyətdən sonra ana müxalifət üçün "ümidli gələcək" gözləntisi yaradır. Bu, həm də Əkrəm İmamoğlunun postərdoğan dövründə Türkiyənin lideri ola biləcəyi perspektivinin davam etməsi deməkdir.

Milli.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbəkə hesabında yazıb.

Bələdiyyə seçkilərindəki qələbədə CHP-dəki lider dəyişikliyinin də önəmli payı var. Kılıçdaroğlu qalsaydı, narazı CHP-çilərin boykotu nəticələrə ciddi təsir edə bilərdi. Bu seçkilər CHP sədri Özgür Özəlin də mövqelərini gücləndirəcək. Hərçənd, bu seçkinin nəticələrinin Türkiyənin gələcək siyasətinə yön verəcəyi - 2028-ci ildən sonra postərdoğan dövrünü müəyyən edəcəyi fikri sual altındadır.

Birincisi, CHP-nin elektoratı təkbaşına hakimiyyətə gəlməyə imkan vermir, müttəfiqlik edəcəyi qüvvələr isə AKP-MHP ittifaqından fərqli olaraq, Türkiyəni koalisiya hökumətlərinin olduğu siyasi xaos dövrünə qaytara bilər. Ki, bunu Türkiyə dövləti və elektoratı istəmir;

İkincisi, dünya müharibələr, qlobal toqquşmalar mərhələsinə keçib və bunun uzunmüddətli olacağı aydındır: belə bir dövrdə Türkiyədə mövcud siyasi xəttin davam etməsi AKP proqramından daha çox, dövlət strategiyası olaraq görünür və bu strategiya CHP-nin siyasi xətti ilə uzlaşmır;

Üçüncüsü, böyük şəhərlərdə AKP müəyyən faizlə geridə qalsa da, Türkiyə üzrə üstün elektorata malikdir və dünyada millətçiliyin yüksəlməsi fonunda bu elektoratın dəyişəcəyi gözləntisi azdır.

Lakin bu seçkilər AKP üçün 2028-ci il üçün xəbərdarlıq xarakteri daşıyır və bunu nəzərə alacaqları bəllidir. Ümumilikdə isə Türkiyədə AKP-nin (hazırki siyasi xəttin) mərkəzi idarəçiliyi, CHP-nin isə yerli idarəçiliyi həyata keçirməsi kimi tendensiyanın başlandığı da müşahidə edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.