Türkiyə

Zəlzələdə ailəsini itirən siyasətçi 20 yaş kiçik qadınla EVLƏNDİ - FOTOlar

5 Mart 2024 07:00
Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə ötən ilki zəlzələdə həyat yoldaşı ilə oğlunu itirən Ədalət və İnkişaf Partiyasının (AKP) Gaziantep vilayəti üzrə sədri, 52 yaşlı Murat Çətin özündən 20 yaş kiçik vəkil Naz Akdoğanla ailə həyatı qurub. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, təmtəraqlı şəkildə keçirilən məclis restoranların birində baş tutub. 

Yanvarın 28-də nişanlanan cütlüyün toy mərasimində AKP-nin Təşkilat sədri Erkan Kandemir, AKP-nin Qrup sədrinin müavini Abdülhamit Gül, Gaziantep valisi Kamal Çeber, Kilis valisi Tahir Şahin və digər rəsmilər iştirak edib. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələdə Murat Çətin əvvəlcə diş həkimi olan həyat yoldaşı Aylin Dilbaz Çətini, sonra isə əczaçılıq fakültəsinin tələbəsi olan oğlu Mehmet Fevzi Çətini itirib.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.