Türkiyə

Məhkəmə Kanal İstanbul layihəsini ləğv etdi

14 Fevral 2024 14:13
Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbul 11-ci İnzibati Məhkəməsi Kanal İstanbul yenidənqurma layihəsini ləğv edib.

Milli.Az APA-ya istinadən bildirir ki,bu barədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bildirib. Onun sözlərinə görə, məhkəmə ölkənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin bu istiqamətdəki fəaliyyətinin qanuna uyğun olmadığına qərar verib.

Məlumata görə, İBB-nin iddiasında layihə ilə bağlı prosedurun qanuna zidd olduğu, İstanbulun gələcəyi üçün həyati önəm daşıyan kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə və su hövzələrinə geridönüşü olmayan zərər vuracağı qeyd olunub. Məhkəmə İBB-nin etirazını haqlı heasab edərək tikinti planını ləğv edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.