Türkiyə

Ailəsinin "PUBG" oynamasına icazə verməyən oğlan özünü yaraladı - FOTO

15 Fevral 2024 06:00
Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Samsun şəhərində ailəsinə "PUBG" adlı onlayn oyun oynamağa icazə verməyən 12 yaşlı uşaq tapança ilə özünə atəş açıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə dünən axşam yerli vaxtla saat 21:00 radələrində Vezirköprü rayonunda baş verib.

İddiaya görə, 12 yaşlı E.C. ailəsi ona sözügedən oyunu oynamağa icazə vermədiyi üçün yataq otağına gedərək tapança ilə başına atəş açıb.

Vezirköprü Dövlət Xəstəxanasına aparılan uşağın ilkin tibbi yardım göstərildikdən sonra Samsun Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi Xəstəxanasına köçürülməsinə qərar verilib.

Təcili yardım maşınında ürəyi dayanan uşağı sağlamlıq qrupları uşağı ən yaxın Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparıb.

Müdaxilədən sonra uşağın ürəyi yenidən işə salınıb və həkim nəzarəti altında Samsun Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

Onun reanimasiya şöbəsində müalicəsinin davam etdiyi və səhhətinin ağır olduğu bildirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.