Türkiyə

İstanbulda məhkəmə binasına silahlı hücum zamanı ölənlərin sayı artıb - YENİLƏNİB - VİDEO -

6 Fevral 2024 16:27
Baxış: 2 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda rəsmi mərasimdə çıxışı zamanı bildirib.

Ərdoğan, ölkəsinin terrorun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.

--------

13:30

İstanbulda məhkəmə binasında silahlı insident olub.

Milli.Az APA-ya istinadən bildirir ki, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.