Türkiyə

Ötən il Türkiyənin D-8 ölkələrinə ixracı azaldı

2 Fevral 2024 16:19
Baxış: 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin D-8 ölkələrinə ixracı, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq 9 milyard 205 milyon dollar olub.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, keçən ilin yanvar-dekabr aylarında, Türkiyənin D-8 ölkələrindən idxalı, 2022-ci ilin analoji dövri ilə müqayisədə 7,4 azalaraq 13 milyard 122 min dollar olub.

"Keçən ilin dekabr ayında Türkiyənin D-8 ölkələrinə ixracı, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalaraq 967,6 milyon dollar olub. 2023-cü ilin dekabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı, 2022-ci il ilin dekabrı ilə müqayisədə 24,4 faiz azalaraq 905,3 milyon dollar olub" , - deyə nazirlikdən bildiriblər.

Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard, 777 milyon dollara, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Keçən ilin dekabr ayında Türrkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 39 milyon dollar təşkil edib. 2023-cü ilin dekabrında Türkiyənin ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 0,4 faiz artaraq 23 milyard dollar, idxalatı isə, 11 faiz azalaraq 29 milyard 39 milyon dollar təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.