Rusiyada, Kurçatovda (Kursk vilayəti) supermarketdə kişi uşağın üzünə yumruq vurub.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, müşahidə kameralarına düşən video internetdə yayılıb.
Videodan görünür ki, ayaq üstə dayanmaqda çətinlik çəkən kişi oğlana qəfil hücum edib. Zərbənin təsirindən körpə uçaraq yerə yıxılıb. Başqa bir şəxs(ehtimal ki, ata) dərhal uşağın müdafiəsinə qalxaraq kişini yerə yıxıb.
Məlum olub ki, hücum edən şəxs sərxoş olub. Artıq polis onu saxlayıb. Onun oğlanı hansı səbəbdən vurduğu hələlik bəlli deyil.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun