Türkiyə

Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb

19 Yanvar 2024 17:49
Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında İrana kimyəvi maddə ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azaldaraq 545,1 milyon dollara çatdırıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2023-cü ilin dekabr ayında Türkiyə İrana kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artıraraq 54,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 30,6 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.