Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə minaların təmizlənməsinə dair müqavilə imzalayacaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər məlumat verib.
Nazir müqavilənin yanvarın 11-də üç ölkənin müdafiə nazirləri tərəfindən İstanbulda imzalanacağını bəyan edib.
Qeyd edək ki, daha öncə sözügedən ölkələrin Qara dənizdə minaların təmizlənməsinə dair saziş imzalamağa yaxın olduğu barədə məlumat yayılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun