Təhsil

Qızı şikayət etdi, direktorun 100 minlik yeyintisi üzə çıxdı

1 Noyabr 2025 15:38
Baxış: 785
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbində araşdırma aparıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb. 

Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib. Araşdırmalar məktəbdə adı olub, özü olmayan işçilər barəsində başlayıb. Sonradan direktorun külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Onun 100 min manata yaxın olduğu iddia edilir.

A.Quliyevin vəzifəsi müvəqqəti icra etməsi üçün onun müavininə verilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.