Əskişəhərdə bələdiyyə ana və oğlunun mənzildə yığdığı 45 ton zibili təmizləyib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Odunpazarı rayonu Vişnelik məhəlləsində ana və oğlunun yaşadığı evdən gələn qoxular qonşular tərəfindən Odunpazarı Bələdiyyəsinə şikayət olunub.
Bələdiyyə qrupları ünvana gedib.
Ünvana gələn qrup ana və oğlunun evdə zibil yığdıqlarını müəyyən edib.
Bələdiyyə ana və oğlunun evlərində topladığı 45 ton zibili yük maşınları ilə apararaq təmizləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun