Türkiyə

Türkiyədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat

27 Noyabr 2023 23:17
Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə separatçı-terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından məlumat yayıb.

Onun sözlərinə görə, altı vilayətdə eyni vaxtda keçirilən "Qəhrəmanlar 30" əməliyyatı nəticəsində terrorçulara aid 63 sığınacaq məhv edilib, böyük miqdarda silah-sursat ələ keçirilib.

Silahlı pilotsuz uçuş aparatları, "Atak" helikopteri və bir çox digər hərbi texnikanın istifadə edildiyi əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin çox sayda əməkdaşı iştirak edib.

Əməliyyatların Şırnak, Siirt, Kahramanmaraş, Diyarbakır, Muş və Tunceli vilayətlərində keçirildiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.