Türkiyə

Türkiyədə sel və qasırğada 2 nəfər ölüb, 10 nəfər yaralanıb

26 Noyabr 2023 20:11
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə sel və qasırğada iki nəfər ölüb, on nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunub ki, Sinop və Konya şəhərlərində hər birində bir nəfər həlak olub. On yaralı isə paytaxt Ankara, Konya və Giresun şəhərlərindəndirlər. Eyni zamanda, diqqətə çatdırılıb ki, Ankarada baş vermiş hadisədə xəsarət almış şəxslər hərbçilərdir. Belə ki, kazarmada hərbi qulluqçuların üzərində şüşə düşüb.

AFAD bildirib ki, ölkənin 16 şəhərində 198 vətəndaş xilas edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.