Türkiyə

BMT artıq bunu bacarmır - Numan Kurtulmuş

4 Noyabr 2023 15:35
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT artıq dünyada sülhü bərqərar etmək iqtidarında deyil.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş danışıb.

"Hal-hazırda bəşəriyyət böyük sınaqdan keçir. Biz burada insanlığın yanında olub sülh, təcili atəşkəs və humanitar yardımların dərhal çatdırılması üçün səsimizi ucaldaraq humanitar cəbhəyə töhfə verməyə çalışırıq. Hazırda dünyada sülhü bərqərar etmək iqtidarında olmayan, dünya müharibələrin qarşısını almaq üçün demək olar ki,heç nə etməyən BMT-də yeni və ədələtli dünya sisteminin qurulması vacibdir",- deyə Numan Kurtulmuş bildirib.

İsrailin Qəzzaya hücumlarının ağır şəkildə davam etdiyini bildirən Kurtulmuş qeyd edib ki, İsrail hökumətinin vəhşi hücumları nəticəsində hazırda Qəzzada böyük bir soyqırım yaşanır. Qəzzada dörd həftə ərzində 9 mindən çox adam öldürülüb, onlardan 4 mindən çoxu uşaqdır.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.