Türkiyə

Qənirə Paşayevanın heykəli qoyulacaq - FOTO

1 Oktyabr 2023 14:15
Baxış: 5 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə Qənirə Paşayevanın adını ədəbiləşdirmək məqsədi ilə heykəli qoyulacaq. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə Ərzurum İnkişaf Vəqfinin sədri Erdal Güzel məlumat verib. O, heykəlin Ərzurumda qoyulmasını təklif edib. 

"21-ci əsrdə Türk dünyasının Tomrisi olaraq qəbul edilən, özünü Türk Dünyasının istiqlaliyyəti, firavanlığı və qardaşlığına həsr etmiş Qənirə Paşayevanın adının Ərzurumda əbədiləşdirilməsi mühüm bir sədaqət əlaməti olacaq. İki dövlət, bir millət məfhumunun tərənnüm olunmasında mühüm işlər görən, ömrünü Türk Dünyasına xidmətə sərf edən Qənirə Paşayevaya Allahdan rəhmət diləyirik. Onun xatirəsi Türk dünyasında daim yaşayacaqdır"- deyə vəqf sədri bildirib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.