Türkiyə

Ərdoğandan Kərkük açıqlaması: ABŞ-ı xəbərdar etdik

6 Sentyabr 2023 12:13
Baxış: 1 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərhədlərin təhlükəsizliyini təmin edərkən bölgənin tarazlığını qoruyan siyasət yürüdürük. İnanırıq ki, ən doğru, sağlam və davamlı həll yolu Kərkük şəhəri başda olmaqla, bölgənin, xüsusən də şəhərin demoqrafik reallıqlarına diqqət yetirən bir inzibati strukturun qurulmasıdır.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Suriyada ABŞ-ı dəfələrlə separatçı terror təşkilatı ilə əməkdaşlıq etməməsi, bu cür davranmağa davam edərsə, gələcəkdə həm öz maraqlarına, həm də bölgəyə ziyan vuracağı ilə bağlı xəbərdar etdik. Əslində son dövrlərdə baş verənlər narahatlıq və xəbərdarlıqlarımızın haqlı olduğunu açıq şəkildə göstərir. Rejimin həll yolu yox, problemin bir parçası olmaqda inad etməsi bölgədəki problemləri daha da dərinləşdirir. Türkiyə olaraq Suriyanın ərazi bütövlüyünün, etnik və məzhəb quruluşu da daxil olmaqla, demoqrafik reallıqlara əsaslanan qalıcı həlli üçün çalışmaları davam etdirmək əzmindəyik. Amerika, Rusiya, İran və Suriya rejimi də daxil olmaqla, regiondakı qruplara təsiri olan bütün tərəfləri bu istiqamətdə səy göstərməyə dəvət edirik", - Ərdoğan bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.