Türkiyə

İraqın şimalında türk əsgəri şəhid olub

26 Avqust 2023 16:21
Baxış: 788
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İraqın şimalında baş verən partlayışda türk əsgəri şəhid olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"25 avqust 2023-cü il tarixində "Pençe-Kilit" əməliyyatı zonasına PKK separatçı terror təşkilatı üzvləri tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan əsgər Erkan Selçuk xəstəxanaya çatdırılıb. Lakin, onun həyatını xilas etmək mümkün olmayıb", - məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə Şimali İraqda "Pençe-Kilit" əməliyyatına 2022-ci ilin aprelində başlayıb. Əməliyyatın məqsədi bölgənin terrorçulardan təmizlənməsidir. Ankara bu təşkilatı milli təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edir. PKK ilə münaqişə 1984-cü ildən davam edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.