Türkiyə-Yunanıstan sərhədində yerləşən İpsala və Kipi gömrük-keçid məntəqəsi yenidən fəaliyyətə başlayıb.
Milli.Az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə-Yunanıstan sərhədində yerləşən Aleksandrupoli şəhərində 20 avqust tarixində baş verən yanğın səbəbilə İpsala gömrük-keçid məntəqəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı.
Milli.Az