Türkiyə

Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracının həcmi açıqlanıb

16 Avqust 2023 18:01
Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Rusiyaya elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 126,8 faiz artıraraq, 419,2 milyon dollara çatdırıb.

Milli.Az xəbər verir ki, Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Rusiyaya elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 33,7 faiz artıraraq 43,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq, 9,1 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23,6 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.