Türkiyə

Türkiyənin Çinə polad məhsulları ixracı 21 milyon dolları ötüb

12 Avqust 2023 10:04
Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Çinə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artıraraq, 21,6 milyon dollara çatdırıb.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyul ayında Türkiyənin Çinə polad məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 13 faiz azalaraq, 2,2 milyon dollar olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq, 8,3 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 27,2 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.