Türkiyə

İstanbulda terror aktının qarşısı alındı

26 İyul 2023 12:00
Baxış: 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda terror aktının qarşısı alınıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Başakşehir ərazisində terror aktına hazırlaşan PKK terror təşkilatının üzvləri Fatimə Əl Musa və Velat Jamo İstanbul Polisi tərəfindən saxlanılıb.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa İttifaqı 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.