Türkiyə

Türkmənistan Prezidentinə TOGG avtomobili təqdim edilib

30 İyun 2023 12:09
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədova təqdim edilib.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, iki ədəd ağ rəngli TOGG-un təqdimat mərasimində Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, Ticarət və Sənaye Palatasın (TOBB) sədri Rifat Hisarcıklıoğlu da iştirak edib.

Məlumata əsasən, Serdar Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Avtomobil daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.