Türkiyə

TOGG-u Avropa küçələrində də görəcəyik - Türkiyəli nazir

13 Aprel 2023 15:40
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin yerli istehsal elektrikli avtomobili TOGG-u Avropa küçələrində görəcəyik.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə Özbəkistanda görüşü zamanı bildirib.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

Bu ilin 14 mart tarixində Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un qiymətləri açıqlanıb.

"TX10" adı daşıyan avtomobilin başlanğıc dəyəri 953 min lirədir, TOGG transmissiyaya görə, üç fərqli model təklif edib.

V1 RWD Standart avtomobilin qiyməti 953 min lirə, V2 RWD Standart avtomobilin qiyməti 1 milyon 55 min lirə, V2 RWD Uzun mənzilli avtomobilin qiyməti 1 milyon 215 min lirədir.

TOGG elektrikli avtomobilinin enerji qiyməti 180 kVt və 300 kVt-lıq stansiyalarda bir kVt/saata 7,99 TL təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.