Türkiyə

İskenderun sahillərini basan dəniz suyu çəkildi - FOTO

9 Fevral 2023 17:31
Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə zəlzələdən sonra Hatayın İskenderun şəhərində dəniz səviyyəsinin qalxması ilə küçələri basan sular çəkilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bölgədə sahil yolunda dənizin səviyyəsi qalxmış, təxminən 200 metr məsafədə irəliləyən dəniz suyu bəzi rayonlarda binaların dördüncü mərtəbəsinə qədər qalxmışdı. Sahil zolağındakı iş yerlərini, küçə və prospektləri su basmış, banklar və iş yerləri boşaldılmışdı.

Nəhayət bu gün dəniz suyu sahildən geri çəkilib, yerində isə palçıq qalıb. Ancaq sahilə yaxın yollarda su gölməçələri yaranıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.