Türkiyə

Türkiyə mediası azərbaycanlı xilasedicilərin fəaliyyətindən yazdı

7 Fevral 2023 15:44
Baxış: 1 491

Türkiyədə zəlzələ bölgəsi olan Kahramanmaraşda 8 mərtəbəli binada Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasediciləri və Azərbaycan xilasetmə qrupları axtarış-xilasetmə işlərinə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "TRT Haber" sujet yayımlayıb.

Qeyd edilib ki, xilasetmə işlərində Azərbaycandan gətirilən "Cuna" və "Luna" axtarış-xilasetmə itlərindən də istifadə olunub.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3432 nəfərə çatıb, daha 21 103 nəfər yaralanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics