Türkiyə

İstanbulda müəllim “doğruluq, yoxsa cəsarət” oyunu adı ilə şagirdlərini cinsi istismar etdi

2 Fevral 2023 10:03
Baxış: 1 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində özəl məktəbdə ingilis dili dərsi verən müəllim şagirdləri cinsi istismara məruz qoyduğu üçün hakim qarşısına çıxarılıb.

O, dörd şagirdi "doğruluq, yoxsa cəsarət" oyunu oynayarkən cinsi istismara məruz qoymaqda ittiham edilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 38 yaşlı qadın şagirdlərinə uğuryönümlü yanaşmaq istədiyini deyərək özünü müdafiə edib.

Şagirdlərin şikayəti əsasında Anadolu Baş Prokurorluğu müəllim üçün 42 il 6 aya qədər həbs cəzası istəyib.

Hakim şübhəlinin həbsdə qalmasına qərar verərək məhkəməni növbəti günə təyin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.