Türkiyə

“Yaşadığımız acıları paylaşan bütün dost dövlətlərə təşəkkür edirəm”

16 Oktyabr 2022 18:20
Baxış: 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir çox ölkənin dövlət və hökumət başçıları Bartında mədən karxanasında baş verən partlayışda həyatını itirənlərə bağlı başsağlığı verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Ərdoğan Twitter səhifəsində təşəkkür edib:

"Bartında yaşadığımız acıları paylaşan bütün dost dövlətlərə, onların xalqlarına və beynəlxalq təşkilatlara səmimi həmrəyliklərinə görə, Türk Milləti adından təşəkkür edirəm".

Prezident Ərdoğan sosial media hesabından paylaşımında başsağlığı verən ölkələrin bayraqlarına yer verib.

Bugünkü mesajlarla prezident Ərdoğana başsağlığı verən ölkələrin sayı 81, beynəlxalq təşkilatların sayı isə 7 olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.