Türkiyə

Yeraltı Ayasofyanın 3D görüntüləri nümayiş olundu - FOTO

30 Avqust 2022 19:32
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayasofya Kəbir Şərif Məscidinin böyük yeraltı tikililəri olan tunellər, zirzəmilər, yeraltı türbə və dəhlizlər nümayiş etdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənət və memarlıq tarixi baxımından dünyanın qabaqcıl tikililərindən sayılan Ayasofya Şərqi Roma İmperatorluğu tərəfindən İstanbulda inşa edilib. Ən böyük kilsə olan tikili dünya irsi binası hesab olunur. Tarixçilər tərəfindən "Dünyanın 8-ci möcüzəsi" olaraq da xarakterizə edilir. 

Fatih Sultan Mehmet Vəqfi Universitetinin (FSMVÜ) Memarlıq və Dizayn Fakültəsinin professoru Hasan Fırat Diker komandası ilə birlikdə Ayasofyanın memarlıq sənədlərini hazırlayıb. Tikilinin 3D görüntüləri nümayiş etdirilib.

Diker Ayasofyanın eyni bölgədə 3 dəfə tikildiyini qeyd edib. "Bu günə qədər gəlib çatan Ayasofyanın tikintisinə 532-ci ildə başlanıb, 537-ci ildə isə tamamlanıb", - deyə professor qeyd edib.

O, Ayasofyanın yerin altında da tarixi tikililərinin olduğunu vurğulayıb. Professor bu tikililərin girişinin çox çətin olduğunu qeyd edib. Bu səbəbdən də o qədər də tanınmadığını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.