Türkiyə

“Maleviç” Eskişehirdə sakinləri qorxutdu

8 İyun 2022 09:22
0 Şərh     Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Eskişehirdə Yenibağlar və Eskibağlar məhəllələrində bir çox binaların divarlarına yazılan yazı marağa səbəb olub. Sprey boya ilə yazılan sözlərin nə anlama gəldiyi ilə bağlı isə məlumat yoxdur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, naməlum şəxs tərəfindən küçədəki binaların bir çoxuna rusca "Maleviç" sözü yazılıb. Naməlum şəxs hətta binaların ikinci mərtəbəsinə çıxmağı və eyni sözü orada da yazmağı bacarıb.

Vətəndaşlar və bina sahibləri məsələ ilə bağlı polisə şikayət ediblər.

Qeyd edək ki, Kazimir Severinoviç Maleviç Polşa əsilli rusiyalı avanqard rəssamıdır (1879-1935). Onun ən məşhur əsəri 1915-ci ildə yaratdığı "Qara kvadrat"dır. Bu əsər 2018-ci ildə "Christie's" hərracında 85.8 milyon ABŞ dollarına satılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.