Türkiyə

Məşhur çimərliklərə giriş saatla olacaq - FOTO

27 May 2022 02:22
0 Şərh     Baxış: 1 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin turizm mərkəzlərindən olan Antalya şəhərinin dünyaca məşhur çimərliklərinə saat 20:00-dan gün çıxana qədər giriş qadağan edilib.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səbəb, nəsli kəsilməkdə olan dəniz tısbağalarının (Caretta caretta, Chelonia mydas) Aralıq dənizində yuvalama mövsümünün başlamasıdır. Onların ən çox yuva qurduğu çimərliklər Antalya sahillərində yerləşir. Dəniz tısbağasının çoxalma mövsümündən asılı olaraq axşam saatlarından "Çıralı", "Olimpos" və "Patara" çimərliklərinə girmək, üzmək, çadır qurmaq, ocaq yandırmaq kimi bütün fəaliyyətlər qadağandır.

Sentyabrın sonuna qədər davam edəcək qadağaya əməl etməyənləri 109 785 lirə (11 549 AZN) cərimə gözləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.