Türkiyənin Muğla bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yük maşını ilə şagirdləri daşıyan avtobusun toqquşması nəticəsində 21 şagird və bir müəllim xəsarət alıblar.
Hadisə Fethiye rayonunda baş verib. Yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az





