Türkiyə

Sürücü pilləkəndən avtomobillə endi - VİDEO

13 May 2022 18:30
0 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda, Küçükçekmecedə sürücü avtobusdan enən piyadaların istifadə etdikləri pilləkənlərdən avtomobillə enib. Bu maraqlı hadisə təhlükəsizlik kameralarına düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, küçədə avtomobili ilə hərəkətdə olan sürücü küçənin sonuna gəldikdə pilləkənləri görərkən bir az dayanıb və sonra enə biləcəyini düşünərək avtomobillə yoluna davam edib. Bu zaman pilləkənlərlə qalxan bir piyada qarşısında enən avtomobili gördükdə təəccüb içində geri çəkilib.

Avtomobil pilləkənlərdən endikdən sonra səkidə dayanan bir motosikleti görərək maşından enib və ətrafda olan satıcılara etirazını bildirib.

"Bu motosikleti burada niyə saxlamısınız? Mən indi yoluma necə davam edim?" - deyə aqressiya nümayiş etdirib. Satıcılar tərəfindən sakitləşdirilən sürücü avtomobilinə mindirilib və yoluna davam edib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.